Jurnalist ölümünə görə Slovakiya baş naziri istefa verdi

Slovakiya iqtidar partiyasına bağlı nümayəndələrin də olduğu, ölkənin önəmli şəxslərinin qarışdığı saxtakarlıq və korrupsiya xəbərlərinin müəllifi, jurnalist Jan Kalinyakın öldürülməsindən sonra ölkədə kütləvi aksiyalar başlayıb.

Baş naziri Robert Fiko bu aksiyalardan sonra istefa verib.

İstefa qərarını Bratislavada təşkil olunan bir mərasim əsnasında elan edib.

Beynəlxalq Mətbuat İnstitutu 27 yaşlı Jan Kalinyak və nişanlısı Martina Kusnirovanın 26 fevralda, silahlı hücum nəticəsində öldürüldüklərini açıqlamışdı.

Kalinyak Slovakiyada bəzi şirkətlərin vergidən yayınma, saxtakarlıq və fırıldaqçılıqla məşğul olduqlarına dair xəbərlər hazırlayaraq yayımlamışdı. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top