Azərbaycanda iqtisadi artım 1,3 faiz olub

Bu ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 11 milyard 541,5 milyon manat təşkil edib. Yeniavaz.com Dövlət statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ÜDM istehsalının 48,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,9 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 faizini təşkil edib.

2017-ci ilin ilk iki ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top