Neftin ucuzlaşacağını göstərən 5 əlamət açıqlanıb

Bir sıra bazar indikatorı neft qiymətlərində yüksəlişin bitdiyini göstərir. Bu barədə Hyustonda (ABŞ) yerləşən "Lipow Oil Associates" - neft sektoru ilə bağlı araşdırma və investisiya şirkətinin rəhbəri Endi Lipou (Andy Lipow) bildirib.

Onun fikrincə, ABŞ-ın Energetika Nazirliyinin bu gün açıqlayacağı həftəlik hesabat dünya bazarında "WTI" markalı neftin qiymətinin 60 dollar/bareldən aşağı düşməsinə səbəb olacaq.

Neftun ucuzlaşacağını göstərən digər amillər kimi E.Lipou fiziki neftə tələbin azalması, fyuçers qiymətlərinin cari qiymətlərdən aşağı düşməyə başlamasını, ABŞ-ın Kuşinq terminalında neft ehtiyatlarının həcminin sabitləşməsini və fond birjası menecerlərinin nikbinliyinin azalmasını göstərib. Onun sözlərinə görə, ABŞ-da neft hasilatının gündəlik həcminin 10,4 mln. barelə yaxınlaşması ilə yanaşı, hökumət həm də strateji ehtiyatların hesabına gündəlik 7 mln. barel satış həyata keçirir.

"Şist neft hasilatının sürətlə artması, Midlandda (Texas) neftin qiymətinin Kuşinqlə müqayisədə 1,3 dollar/barel aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, neft emalı zavodlarının mövsümi olaraq texniki baxışa başlamaları neftə tələbatı azaldaraq ehtiyatları artıracaq", -deyə E. Lipou bildirib. report

DİGƏR XƏBƏRLƏR

Top