Türkiyədə oxuyan əcnəbi tələbələr arasında azərbaycanlılar ilk sırada yer alıb

Türkiyədə oxuyan əcnəbi tələbələr arasında azərbaycanlılar ilk sırada qərarlaşıb. Yeniavaz.com Türkiyə Qızıl Ay Cəmiyyəti tərəfindən açıqlanan sonuncu hesabata istinadən bildirir ki, 58 min 150 nəfər əcnəbiyə bu ölkədə təhsil aldıqları üçün yaşamaq icazəsi verilib. Onların 18%-ni və ya 10 min 535 nəfərini azərbaycanlılar təşkil edib. Azərbaycanlılardan sonra Türkiyədə ən çox Türkmənistan vətəndaşları təhsil alır - 7 min 538 nəfər. Növbəti yerlərdə 3 min 877 nəfərlə Əfqanıstan, 3 min 420 nəfərlə Suriya, 3 min 314 nəfərlə İran, 3 min 112 nəfərlə İraq, 1344 nəfərlə Pakistan, 1228 nəfərlə Somali, 1180 nəfərlə Qazaxıstan vətəndaşları qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top