Naxçıvanla sərhəddə “korrupsiya əməliyyatı” - 40 gömrükçü işçisi həbs olundu

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı 40-a yaxın gömrük işçisi saxlanılıb. Həbs olunan gömrük ənəkdaşlarının rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunduğunu bildirilir. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat zamanı Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillərdə də axtarış aparılıb. Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi barəsində saxlanma qərarı çıxarılıb.BakuPost.az

DİGƏR XƏBƏRLƏR

Top