Orta tibb işçilərinin sayına görə MDB-də sonuncu yerdəyik

Son 15 il ərzində Azərbaycanda orta tibb işçilərinin sayı 8,5% və ya 5,1 min nəfər azalaraq 60 mindən 54,5 min nəfərə düşüb. Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsindən aşıqlanan sonuncu məlumata istinadən bildirir ki, son 15 il ərzində Azərbaycanda hər 10 min nəfərə düşən orta tibb işçilərinin sayı 75-dən 56-ya enib.

Məlumat üçün qeyd edək ki, MDB ölkələrində hər 10 min nəfərə düşən orta tibb işçilərinin sayına görə Azərbaycan sonuncu sırada yer alır. Hər 10 min nəfərə düşən orta tibb işçisinin sayı Qırğızıstanda Azərbaycanla eyni səviyyədə olub - 56 nəfər. Digər ölkələrdə isə orta tibb işçilərinin sayı isə Azərbaycandan yüksək olub. Orta tibb işçilərinin sayı Ermənistanda 59, Moldovada 70, Ukraynada 87, Qazaxıstanda 95, Rusiyada 106, Tacikistanda 57, Özbəkistanda 107, Türkmənistanda 69, Belarusda isə 132-ə bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top