Baş direktor: “Yük daşınması 25 milyon tona çatdırılacaq”

“Hazırda Azərbaycan 5 ulduzlu yol qovşağında yerləşir". Bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, limanda da bu üsuldan istifadə edilib. “Bu liman 100 hektar ərazidə yerləşir. Əvvəllər burada karqo aerodromu mövcud olub. Bakı Beynəlxalq Dəniz Təcaət Limanı ilə bağlı Milli Məclisdə də qəbul edilmiş qanun çox unikal qanundur”-deyə o bildirib. T.Ziyadov qeyd edib ki, bu, Xəzər dənizi hövzəsində ən böyük limandır. “Onun inşası bir neçə fazadan ibarətdir. May ayında liman 15 milyon ton yük daşınılması üçün hazır olacaq. Növbəti mərhələdə bu rəqəm 25 milyon tona çatdırılacaq", - deyə o qeyd edib. Baş direktorun sözlərinə görə, Azərbaycan təkcə Çin mallarının daşınmasınında maraqlı deyil. "Mayın 8-11-də Bakıda dəniz limanlarının böyük konfransı keçiriləcək. Burada bir sıra məsələlər müzakirə olunacaq".Modern.az

DİGƏR XƏBƏRLƏR

Top