Duz istifadəsini azaltma yolları varmı?

Günümüzdə aktual movzulardan biri də duzun insan orqanizminə olan faydalarıdır.

Yeniavaz.com xəbər verir ki, daş duzlarının insan sağlamlığına faydalı olduğu deyilir. Amma bu duzlardan artıq dərəcə də istifadə insan orqanizminə əks təsir göstərir. İnsan sağlamlığına zərər gəlməsin deyə ən yaxşısı duzdan az istifadə etməkdir.

Faydaları nədir?

Suyun damar içərisində tutulması, sinir tellərinin və əzələlərin sıxılması üçün duza ehtiyac vardır. Xüsusilə duz qidaların insan orqanizmində rahat həzminə şərait yaradır. Qidalardan duz almaq gündəlik duz qəbul etməyin 75%-i qədərdir. Normadan artıq duz istifadəsi orqanlarda bəzi problemlər yarada bilər. Bu problemlərə sümük əriməsi və insulin çatışmazlıqları daxildir. Eyni zamanda ürək-damar və iflic xəstəliklərinə qarşı qorunma vasitəsidir. Dünyada bir çox sağlamlıq mərkəzləri duzdan gün ərzində ən çox 5 qram istifadə etməyi məsləhət görürlər.

Daş duzu nədir?

Yer altından bərk halda əldə edilən duzlar qaya duzlarıdır. Bu cür duzlar mineral baxımından zəngin, kimyəvi qatqılar olmayan, təbii duzlardır. Tərkibinə kalsium, dəmir, maqnezium və s. kimi minerallar daxildir.

Gündəlik həyatda istifadə olunan duzlar saflaşdırılmış duzlardır. Saflaşdırılmamış duzların tərkibində 85% miqdarında natrium xlor mövcuddur.

Duz istifadəsini azaltma yolları varmı?

Sadəcə təyziq, böyrək və ürək xəstəlikləri olan şəxslər deyil, eyni zamanda digər insanların da duz istifadəsini azaltması lazımdır. Bunu etmək isə insanlara çətinlik törədir. Bəs asan yolu nədir?

1. Duzsuz çörək yeyin.

2. Zeytun və pendiri axşamdan suda saxlayın.

3. Yeməklərə daha az duz əlavə edin.

4. Turşulardan bacardığınız qədər az istifadə etməyə çalışın.

5. Bulyon yerinə ət suyunu özünüz hazırlayın.

6. Hazır qidalar əvəzinə təbii qidalara üstünlük verin.

7. Yeməklərə daha az tomat pastası əlavə edin və s.

Səbinə Qurban

DİGƏR XƏBƏRLƏR

Top