Xərçəngə qalib gəlməyin yolu tapıldı

Miçiqan Universitetinin alimləri immun sistemini xərçənglə mübarizəyə səfərbər edən “Qβ” virusa-bənzər zərrəciyin hazırlanması üzərində iş aparır. Bu barədə “MedicalXpress”də yayılan pres-relizdə qeyd olunur. “Qβ” bakteriofaq, yəni “Eschericia coli” bağırsaq çöpünü zərərsizləşdirən virus sayılır.

Tədqiqat qrupu infeksion zərrəciyi şişlə əlaqəli karbohidrat antigenləri (TACA) ilə birləşdirib. TACA xərçəngli toxumaların pozulmuş qlikozlaşma prosesinin məhsulu hesab olunur.

Bu proses zamanı şəkər qalıqları zülallara və lipidlərə birləşir. Şişli karbohidrat antigenləri eyni zamanda metastazın – ikinci dərəcəli bədxassəli törəmə ocaqlarının formalaşmasında iştirak edir.

“Qβ” ilə TACA-nın kombinasiyası hesabına T-limfosit kimi immun hüceyrələr, xərçəngli hüceyrələrin səthində karbohidrat antigenləri aşkarlayaraq, məhv edə bilir.

Alimlərin sözlərinə görə, vaksin ilk əvvəl osteosarkoma – sümük xərçəngindən əziyyət çəkən itlərin üzərində sınaqdan keçiriləcək.

Tədqiqat qrupu əmindir ki, vaksin təkcə şişlərin inkişafını dayandırmayacaq eyni zamanda metaztazlı şişlərin ərsəyə gəlməsinin qarşısını alacaq. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top