
Ermənistan Prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış erməni-türk münasibətlərinin normallaşdırılması haqqında protokolları ləğv etdiyini açıqlayıb. Yeniavaz.com-un “RİA Novosti” agemtliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. Onun sözlərinə görə, S. Sarkisyan bu gün keçirdiyi ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında erməni-türk protokollarının etibarsız sayıldığını bəyan edib. Xatırladaq ki, Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan Sürixdə “Diplomatik münasibətlərinin qurulması haqqında protokol” və “İkitərəfli münasibətlərin inkişafı haqqında protokol” imzalayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz