Döymə etdirdilər, sonu görün nə oldu - FOTOLAR

Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bədəninə tatu döydürən yeniyetmə və gənclərin sayı artmaqdadır. Yeniavaz.com xəbər verir ki, bir çoxları bunu diqqət çəkmək, bəziləri gözəllik xatirinə etdiyini deyir. Əsasən bir müddət sonra silinən tatulardan, döymələrdən istifadə edilir.

Ancaq problem ondadır ki, tatu vuranların hamısı peşəkar deyil, bu işlərin görüldüyü yerlərin hamısında gigiyena qaydalarına əməl olunmur. Odur ki, tatular, döymə iki problemə səbəb ola bilər. Birincisi, tatular bəzi hallarda sonradan dəridə ağır fəsadlara gətirib çıxara bilər. İkincisi, tatu ilə məşğul olanlar çox vaxt eyni alətlərdən istifadə edirlər deyə xəstəlik yayılma riski də böyükdür.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, tatu edərkən eyni qabda olan boyadan istifadə edilir: "Tatu edən şəxs iynəni qabda olan boyaya batırır, proses bitdikdən sonra boyanın artığını qaytarıb qaba tökür. Həmin iynə sizdən öncə xəstə bir insanın bədəninə döymə edilərkən istifadə olunub. Bu zaman sizin də virusa tutulma riskiniz yaranır".

Professor deyir ki, tatu heç bir halda zərərsiz deyil: "Tatunun silinməsi də zərərli və ağrılı bir prosesdir. Lazer üsulu ilə tatunu silirlər. Tatunu tam izsiz şəkildə silmək mümkün deyil".

Döymənin zərərləri

- Kimyəvi və insan sağlamlığına zərərli olan boyalardan istifadə edilməklə vurulan tatular dəri xərçənginə səbəb olur.

- Hamilələrdə uşağın inkişafına mənfi təsir göstərir.

- Hepatit B və C xəstəliyinə səbəb ola bilir.

- Müxtəlif dəri xəstəlikləri yaradır.

- Kimyəvi reaksiyalar nəticəsində limfa düyünlərinin iltihabına, allergik reaksiyaya səbəb olur.

- Müvəqqəti döymələr 1 ay sonra silinsə belə, allergik narahatlıqlar yaradır.

- Gigiyenik qaydalara əməl olunmayan mərkəzlərdə və ya digər yerlərdə vurulan qalıcı döymələrdə eyni alətlərdən fərqli insanlarda istifadə edilməsi infeksiyalara səbəb olur.

- AİDS kimi xəstəliklərin keçməsi də mümkündür.

Tatuda istifadə olunan boyaların zərərləri

- Bu boyalar linfa vəzləri vasitəsi ilə bütün orqanlara yayılır.

- Fəsadları bir müddət sonra üzə çıxır.

- Bu boyaların keyfiyyətinə zəmanət verilməsi ilə bağlı ortada bir fakt demək olar yoxdur.

- Bəzi iddialara görə, bu boyalardan tekstik və avtomobillərin rənglənməsində də istifadə olunur.

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

Dövme yaptırdılar sonucu bakın ne oldu!

DİGƏR XƏBƏRLƏR

Top