Amerikalı alimlər insan gözünün analoqunu yaradıblar

ABŞ-ın Harvard Universitetinin Mühəndislik və tətbiqi elmlər məktəbinin alimləri elektron idarəetməli süni göz yaratmağa müvəffəq olublar.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

İxtira özündə kvadrat metalinza və polimerlərdən, həmçinin elektrodlardan ibarət süni əzələni ehtiva edir. Belə süni göz insan gözü prinsipi ilə işləyir; linzanın dartılması və sıxılması zamanı fokus formalaşır və ətrafdakı obyektləri fərqləndirir.

Süni göz görmə spektrindəki qüsurları, məsələn, astiqmatizmi korreksiya edə bilir. Alimlərin fikrincə, bu ixtira yalnız oftalmologiyada deyil, həmçinin mikroskoplarda və virtual reallıq eynəklərində istifadə edilə bilər. Report

DİGƏR XƏBƏRLƏR

Top