“Çempionluq yarışından ayrılmayacağıq” - Fariz Nəcəfov

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının XVII turunda səfərdə “Səbail”ə 1:2 hesabıyla uduzduqları oyundan sonra brifiqn keçirib. Klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

- “Qəbələ” gözlənilmədən “Səbail”ə uduzdu. Bu nəticəni gözləyirdinizmi?

- Əlbəttə ki, gözləmirdim. Gərgin qarşılaşma olacağını bilirdik. Çünki “Səbail”in bundan əvvəlki matçına baxmışdıq. “Qarabağ”a qarşı çox istəkli çıxış etmişdilər. “Səbail”i təbrik edirəm. Çox yaxşı mübarizə apardılar.

- “Qarabağ”la matçdan sonra Cavid Hüseynov demişdi ki, komanda ürəklə oynamadığndan bərabərə qaldıq. Bu gün həmin prosesin davamı oldu?

- Deyə bilərəm ki, komanda bu gün özünə bir az inamlı, arxayın oynadı. Amma demək olmaz ki, istəkli deyildi.

- “Qarabağ” böyük xal fərqi ilə vahid liderdi. Bu komandanın çempionluğu böyük ölçüdə təmin etdiyini söyləmək olarmı?

- Həmişə demişəm ki, biz sona qədər mübarizə aparacağıq. Xal fərqindən asılı olmayaraq, yarışdan ayrılmayacağıq. Qarşıda hələ çox oyun var.

- Ancaq çempionluq bir qədər əlçatmaz görünür. Artıq ölkə kuboku barədə düşürsünüzmü?

- Hər iki cəbhədə sonadək mübarizəmizi aparacağıq. İndidən heç nəyi demək olmaz.

Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top