Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Federasiyadan Yeniavaz.com-a verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb. 52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb. Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top