Qusarda itkin düşən şəxs tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib. İstiPress