Çin Dövlət Şurasının katibi rüşvətxorluqda ittiham edilir

Çin Dövlət Şurasının məsul katibi, Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Yan Tsin korrupsiyada ittiham olunub.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə partiyanın İntizamın yoxlanılması üzrə mərkəzi komissiyanın bəyanatında deyilir.

Bəyanatda deyilir ki, Yan partiya intizamını və qaydasını ciddi pozub, qanunsuz biznesin sahibləri və ictimaiyyət nümayəndələri ilə uzun müddət əlaqə saxlayıb: “Məmur özgə maraqların lobbiçiliyi üçün öz qohumlarından rüşvət və hədiyyələr alıb”.

Y. Tsinə qarşı təhqiqat başlayıb.

Qeyd edək ki, Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəlməsindən sonra ölkədə korrupsiya ilə mübarizəyə başlanılıb. Son 5 ildə 440 məmura qarşı intizam təhqiqatı irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top