Türkiyə pilotsuz qırıcı təyyarə istehsal edəcək

Türkiyə 2027-ci ildə pilotsuz qırıcı təyyarə istehsal edəcək.

Yeniavaz.com-un “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, qırıcı təyyarə “Akıncı” silahlı pilotsuz uçuş aparatı (SPUA) ilə əldə edilən texnologiya sayəsində istehsal olunacaq.

N. Canikli qeyd edib ki, Müdafiə Sənayesinin İcraiyyə Komitəsi yeni SPUA modeli olan “Akıncı”nı istehsal etmək barədə qərar qəbul edib: “Bu, daha üst seqmentdir. 4,5 ton ağırlığında olacaq. Havada daha uzun müddət qalacaq, daha çox manevralar edə biləcək, daha çox faydalı yük, bomba daxil olmaqla, daha uzun mənzilli raketlər daşıyacaq. Hazırda SPUA-larımız 2 raket daşıdığı halda, “Akıncı” 4 raket daşımaq iqtidarında olacaq. Bunlar bir az daha ağırlaşdırılmış raketlərdir. Sifariş verilib, saziş imzalanma ərəfəsindədir. “Akıncı” SPUA-lar 2021-ci ildə ordunun sərəncamına təhvil verilməyə başlanılacaq”.

Onun sözlərinə əsasən, “Akıncı”nın texnologiyası Türkiyəyə pilotsuz qırıcı təyyyarə texnilogiyası qazandıracaq: “Pilotsuz qırıcı təyyarə istehsal etmək sahəsində iş aparan cəmi 3-4 ölkə var. Hazırda biz onlarla aşağı-yuxarı eyni səviyyədəyik”.

DİGƏR XƏBƏRLƏR

Top