Afrində 1931 terrorçu və 782 hədəf məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusunun (ASO) dəstəyi ilə yanvarın 20-də Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günədək 1931 terrorçu zərərsizləşdirilib.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə TSQ-nın yaydığı məlumatda deyilir.

Bildirilir ki, əməliyyat çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri terrorçuların ümumilikdə 782 hədəfini dağıdıb.

DİGƏR XƏBƏRLƏR

Top