Rus dilini bilməyən valideynlər "moda", "yüksək səviyyə" xətrinə rus bölməsini seçirlər

“Birinci sinifə şagirdlərin qəbulu zamanı rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın”.

Yeniavaz.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə təklif edib.

Ekspert bildirib ki, özü, valideynləri rus dilində bilməyənlər "moda" xətrinə və ya guya "yüksək səviyyə" xəttinə rus bölməsini seçirlər: “İbtidai sinifdə "Rus bölməsi"ndə təhsil alan şagirdlər yuxarı siniflərdə "Azərbaycan bölməsi"nə keçirlər. Çünki, proqram çətinləşir, valideyn, ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Bəziləri rus dilində səlis, sərbəst bilir, bəziləri isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top