Məşhur Hollivud aktrisası 97 yaşında vəfat edib

Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey 97 yaşında dünyasını dəyişib.

Bu barədə “The New York Times” xəbər verib.

Nanett Fabrey Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb. N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.

1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub. 1986-cı ildə isə N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb. APA

DİGƏR XƏBƏRLƏR

Top