Rusiya Şərqi Quta ilə bağlı şərt irəli sürdü

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriyanın Şərqi Quta bölgəsində humanitar pauza üzrə qətnaməsini razılaşdırmağa hazırdır. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Bununla belə, o bildirib ki, atəşkəsə sadiq qalmağa hazır olmaqda bütün oyunçular təminat verməlidir. S. Lavrov qeyd edib: “Biz qətnamənin mətnini razılaşdırmağa hazırıq. Lakin Şərqi Qutanın daxilindəki silahlılar və onlara təsir imkanları olanlar atəşkəslə bağlı təminat verməlidirilər”. Bu arada Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel Rusiya lideri Vladimir Putinə müraciət edərək qətnaməni dəstəkləməyi xahiş ediblər. Xatırladaq ki, Suriya rejiminin son bir neçə gün ərzində mühasirədə qalmış Şərqi Qutaya endirdiyi zərbələr nəticəsində yüzlərlə dinc sakin həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top