Tramp Şimali Koreyaya qarşı ən iri sanksiyalar paketini işə salır


ABŞ Şimali Koreyaya qarşı ən iri sanksiyalar paketini tətbiq edəcək. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib: “Bu gün elan edirəm ki, biz Şimali Koreya rejiminə qarşı indiyə qədər ən iri sanksiyalar paketini işə salırıq. Maliyyə Nazirliyi rejimin öz nüvə proqramının maliyyələşdirilməsi və silahlı qüvvələrin saxlanılması üçün istifadə etdiyi gəlir mənbələri və yanacağın bundan sonra kəsilməsi üzrə tezliklə yeni addımlar atacaq”. Sanksiya siyahısına 56 gəmi, habelə ticarət və gəmiçi şirkətləri salınacaq.

DİGƏR XƏBƏRLƏR

Top