Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb​

Fevralın 22-də Ermənistanın Tavuş bölgəsindəki hərbi hissələrin birində hərbçi yaralanıb. Yeniavaz.com-un “News.am” saytına istinadən verdiyi məlumata görə, bunu Errmənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan deyib. Onun sözlərinə görə, hərbçi odlu silah yarası ilə xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Əsgərin həyatı üçün təhlükə yoxdur. İnsidentin təfərrüatları barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top