İran öz kriptovlayutasını buraxacaq

Venesueladan sonra ABŞ-ın sanksiyalarına məruz qalmış daha bir ölkə olan İran da öz kriptovalyutasını buraxmağı planlaşdırır. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib. Onun sözlərinə görə, dövlətin tabeleyində olan “Post Bank” rəqəmsal valyuta hazırlamaq üçün işə başlayıb. İranda bulud texnologiyası əsasında ilk kriptovalyutanın buraxılması üçün addımlar atılacaq. İran Mərkəzi Bankı isə rəqəmsal pullara nəzarət etmək məqsədilə digər qurumlarla əməkdaşlıq edəcək. Xatırladaq ki, bir neçə gün əvvəl Venesuela ilk milli kriptovalyutası olan petronu satışa çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top