2017-ci ildə dünya üzrə 1 milyard 322 milyon nəfər bir ölkədən başqa bir ölkəyə səyahət edib. Yeniavaz.com-un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir. Hesabata əsasən, səyahət edənlərin təqribən 42 faizi 10 ölkəyə üstünlük verib. Həmin ölkələr aşağıdakılardır:
1. Fransa – 88,9 milyon nəfər
2. İspaniya – 82,2 milyon
3. ABŞ – 72,9 milyon
4. Çin – 59,3 milyon
5. İtaliya – 57,8 milyon
6. Türkiyə - 39,9 milyon
7. Meksika – 39,3 milyon
8. İngiltərə - 38,7 milyon
9. Almaniya – 37,6 milyon
10. Tailand – 34,7 milyon