Azərbaycanda axtarışda olan cinayətkar Ukraynada saxlanıldı


Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları cinayətkar qruplaşmanın rəhbərlərindən olan Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti xəbər verir. Həmin şəxs Azərbaycanda ağır və xüsusi ağır dərəcəli cinayətlərin törədilməsi, xüsusilə odlu silahdan istifadə etməklə cinayətkar qruplaşmanın tərkibində quldur hücumları ilə əlaqədar beynəlxalq axtarışa verilib. Ukraynanın xüsusi xidmət orqanı müəyyən edib ki, sözügedən cinayətkar Ukraynanın mərkəzi bölgəsində yerləşən kiçik qəsəbələrin birində gizlənib. Hal-hazırda o, polis nəzarətinə götürülüb və yaxın zamanda Azərbaycana ekstradisiya olunacağı gözlənilir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top