Aİ Belarusa qarşı embarqonun müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Belarusa qarşı silah embarqosunun və 4 nəfərə qarşı fərdi sanksiyaların qüvvəsini 28 fevral 2019-cu il tarixinədək uzadıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının məlumatında deyilir. Bildirilir ki, silahla yanaşı, daxili repressiyalar üçün istifadə edilə biləcək vasitələrə də embarqo qoyulub. Bundan başqa, 1999 və 2000-ci illərdə iki müxalif siyasətçi, biznesmen və jurnalistin naməlum şəraitdə yoxa çıxmasına dair işə cəlb olunmuş 4 nəfərin Aİ ərazisinə girişinə qadağa və onların hesabları dondurulması göstərilən tarixədək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top