Ərdoğanın baş müşaviri: Türkiyə Venesuelanın kriptovalyutasını dəstəkləyə bilər

Venesuelanın milli kriptovalyutası petro çox önəmlidir. Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Cəmil Ertem deyib. Onun fikrincə, petro rəqəmsal valyutası inkişaf etməkdə olan ölkələr üçün də önəmli pul vahidi olacaq. C. Ertem qeyd edib ki, Türkiyə bunu dəstəkləyə bilər: “Türkiyə Mərkəzi Bankı bu məsələ barəsində mütləq iş aparacaq və aparmalıdır”.

Xatırladaq ki, Venesuela hakimiyyəti fevralın 20-dəə milli kriptovalyuta olan petronun satışına rəsmi olaraq başlayıb. Venesuelada yaşayan fiziki və hüquqi şəxslər, eləcə də xarici vətəndaşlar petro ala bilərlər. Venesuela Prezidenti Nikolas Maduro daha əvvəl bildirmişdi ki, 100 milyon ədəd petro buraxılacaq. Bir petronun qiyməti 60 dollar olacaq.

DİGƏR XƏBƏRLƏR

Top