İŞİD İraq və Suriyadan 400 milyon dollar çıxarıb

İŞİD terror təşkilatı məğlub olduqdan sonra İraq və Suriyadan azı 400 milyon dollar çıxarıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İraq parlamentinin adı açıqlanmayan deputatı deyib. Onun sözlərinə görə, İŞİD qanunsuz neft ticarətindən gəlirlər əldə edib, habelə zəbt edilmiş ərazilərdə yaşayan sakinlərdən xərac toplayıb. Bundan başqa, terrorçular qarətçiliklə və insan oğurluğu ilə məşğul olublar. İŞİD, həmçinin İraqda müəssəsəyə sərmayə yatırıb, İraq banklarından isə təqribən 500 milyon dollar çıxara bilib. Terrorçular Türkiyədə qızılda vəsaitlər yerləşdiriblər. Onlar Türkiyə, Avropa, Livan və Fars körfəzi ölkələrində vasitəçilərin köməliyi ilə pul köçürmələri şəbəkəsi yaradaraq istifadə edirlər. Araşdırmaçılar 2015-ci ildə İŞİD-in aylıq gəlirinin 80 milyon dollar qiymətləndirirdilər. Mütəxəssislərin hesablamalarına əsasən, bu məbləğin 43 faizi neft ticarətinin payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top