Almanların 91 il öncə Yevlaxda tikdikləri körpü YENİLƏNİR - Foto

Yevlaxda Kür çayı üzərində 91 il öncə almanlar tərəfindən inşa edilən tarixi dəmiryol körpüsü istismar müddətini başa vurduğundan onun yenilənməsinə ehtiyac yaranıb. Körpünün uzunluğu 170, eni 12 metr, çəkisi 270 tondur. Qataraların sürətli hərkətini təmin etmək üçün ötən ilin dekabrından burada yenidənqurma işlərə başalanılıb. Üç aşrımdan ibarət olan dəmir konustuksiyalarla yığılan yeni körpünün uzunluğu 255 metrə çatır. Körpünün onurğa və qabırğa hissəsi tam hazırdır. İşlərin martın sonlarına qədər yekunlaşması gözlənilir. Bundan sonra Kür çayı üzərində iki körpü qatarların rahat gediş-gəlişini təmin edəcək.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top