7 prezident seçkisi, 40 namizəd: Kim nə qədər səs toplayıb? - SİYAHI

Məlum olduğu kimi, bu ilin aprel ayının 11-də Azərbaycanda növbədənkənar prezidenti seçkiləri keçiriləcək. Bu seçki Azərbaycanda keçiriləcək sayca 8-ci prezident seçkisi olacaq. Yeniavaz.com xəbər verir ki, bu günə kimi baş tutan 7 prezident seçkisində ümumilikdə 40 şəxs namizəd olaraq iştirak edib. Namizədlərin ən çox olduğu seçki 2013-cü ildə baş tutub və həmin seçkilərdə seçicilər 10 şəxsə səs veriblər. 1991-ci ilin sentyabr ayında baş tutan ilk prezident seçkilərində isə cəmi bir nəfər namizəd iştirak edib. Müstəqil Azərbaycanın prezidentliyi uğrunda mübarizə aparmış 40 nəfərin 39-u kişi, 1-i qadın olub. Bugünə kimi Azərbaycan prezidentliyinə yeganə qadın namizəd olmuş Lalə Şövkət 2003-cü il seçkilərində seçicilərin yalnız 3,6%-nin səsini toplaya bilib.

Müstəqillik əldə etdikdən sonra baş tutan seçkilərdə iştirak edən şəxslər və onarın topladığı səslər belə olub:

1-ci prezident seçkisi 1991-ci ilin sentyabr ayının 8-də keçirilib. Yeganə namizəd Ayaz Mütəllibov olub və açıqlanan nəticələrə görə ümumi seçicilərin 98,5%-i və ya 3 milyon 276 min nəfəri onun lehinə səs verib. Əleyhinə isə cəmi 1,5% və ya 48,8 min nəfər səs verib.

2-ci prezident seçkisi 1992-ci ilin iyun ayının 8-də baş tutub. Həmin seçkilərdə 5 nəfər namizəd iştirak edib və Əbülfəz Elçibəy ümumi seçicilərin yarıdan çoxunun səsini toplayaraq Azərbaycanın 2-ci Prezidenti olub. Seçkidə iştirak edən namizədlər və topladıqları səslər bu cür olub:

1. Əbülfəz Elçibəy - 59,4% (1 milyon 829 min)

2. Nizami Süleymanov - 33% (1 milyon 17 min)

3. Yaqub Məmmədov - 1,7% (51,1 min)

4. İlyas İsmayılov - 0,7% (20,2 min)

5. Rafiq Turabxanoğlu - 0,5% (15,6 min)

3-cü prezident seçkisi 1993-cü ilin oktyabr ayının 3-də keçirilib. 1993-cü ilin 4 iyul tarixində Gəncədə baş verən qiyamdan sonra prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Naxçıvana yollanıb. Bundan sonra 29 avqust tarixində referendum keçirilərək Əbülfəz Elçibəyin prezidentliyinə son qoyulur və oktyabrın 3-də növbədənkənar seçkilər keçirilir. Həmin seçkidə iştirak edən 3 namizədin adları və topladıqları səslər belə olub:

1. Heydər Əliyev - 98,8% (3 milyon 920 min)

2. Kərrar Əbilov - 1% (40,3 min)

3. Zakir Tağıyev - 0,15% (6,4 min)

4-cü Prezident seçkisi 1998-cü ilin oktyabr ayının 11-də baş tutub. Əvvəlki seçkilərdən fərqli olraq bu seçkilər 5 illik fasilədən sonra keçirilib. Yəni ilk dəfə olaraq Azərbaycanda prezident öz vəzifəsini sona kimi icra edərək başa çatdıra bilib və növbəti seçkilər baş tutub. Bu seçkilərdə 6 namizəd iştirak edib və nəticələr bu cür olub:

1. Heydər Əliyev - 77,8% (2 milyon 556 min)

2. Etibar Məmmədov - 11,8% (389 min)

3. Nizami Süleymanov - 8,2% (271 min)

4. Firudin Həsənov - 0,9% (29,2 min)

5. Əşrəf Mehdiyev - 0,9% (28,8 min)

6. Xanhüseyn Kazımlı - 0,3% (8,2 min)

5-ci Prezident seçkisi 2003-cü ilin oktyabr ayının 15-də keçirilib. Bu seçkilərdə 8 namizəd iştirak edib və aşağıda qeyd etdiyimiz səsləri toplayıblar.

1. İlham Əliyev - 76,8% ( 1 milyon 860 min)

2. İsa Qəmbər - 14% (338 min)

3. Lalə Şövkət - 3,6% (87,5 min)

4. Etibar Məmmədov - 2,9% (70,6 min)

5. İlyas İsmayılov - 1% (24,1 min)

6. Sabir Rüstəmxanlı - 0,8% (19,9 min)

7. Qüdrət Həsənquliyev - 0,5% (12,1 min)

8. Hafiz Hacıyev - 0,3% (8,3 min)

6-cı prezident seçkisi 2008-ci ilin oktyabr ayının 15-də keçirilib. Prezident İlham Əliyevin namizəd kimi ikinci dəfə iştirak etdiyi bu seçkiərdə onunla 6 nəfər mübarizə aparıb. Azərbaycanda keçirilən sayca 6-cı prezident seçkisinin nəticələri belə olub:

1. İlham Əliyev - 87,3% (3 milyon 232 min)

2. İqbal Ağazadə - 1,8% (104,3 min)

3. Fazil Mustafayev - 2,4% (89,9 min)

4. Qüdrət Həsənquliyev - 2,2% (83 min)

5. Qulamhüseyn Əlibəyli - 2,2% (81,1 min)

6. Fuad Əliyev - 0,8% (28,4 min)

7. Hafiz Hacıyev - 0,6% (23,7 min)

7-ci, həm də sonuncu prezident seçkisi isə 2013-cü ilin oktyabr ayının 9-da baş turub. Bu seçkilər qeyd etdiyimiz kimi ən çox namizədin iştirak etdiyi seçki kimi yadda qalıb. 10 namizədin mübarizə apardığı seçkilnin nəticəsində İlham Əliyev 3-cü dəfə ölkə prezidenti seçilib. Digər namizədlərin adları və topladıqları səslər isə belə olub:

1. İlham Əliyev - 84,5% ( 3 milyon 126 min)

2. Cəmil Həsənli - 5,5% (204,6 min)

3. İqbal Ağazadə - 2,4% (88,7 min)

4. Qüdrət Həsənquliyev - 2% (73,7 min)

5. Zahid Oruc - 1,5% (53,8 min)

6. İlyas İsmayılov - 1,1% (39,7 min)

7. Araz Əlizadə - 0,9% (32 min)

8. Fərəc Quliyev - 0,8% (31,9 min)

9. Hafiz Hacıyev - 0,6% (24,4 min)

10. Sərdar Məmmədov - 0,6% (22,8 min)

DİGƏR XƏBƏRLƏR

Top