Koalisiya 841 dinc sakin öldürüb

ABŞ-ın başçılıq etdiyi koalisiyanın 2014-cü ilin avqustunda İraq və Suriyada terrorçulara qarşı hərbi əməliyyata başlamasından bəri endirdiyi zərbələr nəticəsində azı 841 nəfər həlak olub.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında deyilir.

Koalisiya əlçatan informasiyaya əsaslanaraq İŞİD-ə qarşı keçirilən “Sarsılmaz qətiyyət” əməliyyatında azı 841 dinc sakinin öldüyünü açıqlayıb.

Ölənlər haqqında daha 485 məlumat hələ araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top