İŞİD başçısının müavini öldürüldü

İŞİD terror təşkilatının başçısı Əbubəkr əl-Bağdadinin müavini olan Əbu Əbdürrəhman ət-Tamimi əl-Atabi əl-Cəzrəvi İraqda məhv edilib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu İraq kəşfiyyat xidmətindəki mənbə deyib.

Bildirilir ki, İŞİD başçısının müavini hava zərbəsi nəticəsində öldürülüb. Məhv edilmiş silahlının dəqiq yeri barədə məlumat verilmir.

Xatırladaq ki, fevralın 12-də verilən məlumata əsasən, Əl-Bağdadi ölüm ayağındadır və Suriyanın şimal-şərqində ekstremistlərin səhra hospitallarının birindədir.

DİGƏR XƏBƏRLƏR

Top