Gürcüstan "Nike" və "Puma" istehsalına başlayır

Bu gün Gürcüstanın Poti şəhərində yeni tekstil fabriki açılıb.

Fabriki “Adjara Textile” şirkəti istifadəyə verib.

Ümumilikdə, 3 minə yaxın insanın çalışacağı istehsalat müəssisəsinə 40 mln. lari civarında türk investisiyası yatırılıb.

Əldə edilmiş razılaşmaya əsasən, fabrik ildə 10 mln. ədəd “Nike”, “Puma”, New Balance” və “Underarmer” brendlərinin qısaqol köynəklərini və şortlarını istehsal edəcək.

“Adjara Textile”in maliyyə direktoru Qiya Lominadze (Gia Lominadze) deyib ki, ilk olaraq 1 500 nəfər işə götürüləcək: “2019-cu ildə fabrikin ikinci mərhələsinin inşasından sonra isə bu rəqəm 3 minə çatdırılacaq”. Report

DİGƏR XƏBƏRLƏR

Top