Killer Moskvada azərbaycanlı biznesmeni güllələdi

Bu gün killerin maşında güllələdiyi azərbaycanlı biznesmen Anar Əliyev Moskva xəstəxanasında keçinib.

Yeniavaz.com-un “Life.ru” portalına istinadən verdiyi məlumata görə, cinayətkar A. Əliyevin maşınının pəncərisinə atəş açıb.

Həmin vaxt biznesmen Çertanov rayonunda parklama yerindən çıxırmış.

A. Əliyev sürətli qidalanma obyektlərinin həmsahibi olub.

Onun qətli bazarın bölüşdürülməsi ilə bağlı ola bilər. Son vaxtlar Moskvada Azərbaycandan gəlmə sahibkarlara qarşı sui-qəsdlər silsiləsi olub.

Məsələn, sentyabrın 18-də Rəhman Əliyevi, yanvarın 28-də isə Mahir Rüstəmovu güllələyiblər.

DİGƏR XƏBƏRLƏR

Top