“Facebook” və “Instagram” bütün dünyada çökdü

“Facebook” və “Instagram” sosial şəbəkələrinin işində nasazlıq baş verib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “Facebook”un desktop versiyasında ekranda qoşulmanın mümkün olmadığı barədə məlumat yer alır.

Bununla belə, sosial şəbəkənin mobil tətbiqi işləyir.

“Instagram” 5xx səhvi barədə məlumat verir.

Bütün dünyada sosial şəbəkələrin işində nasazlıq baş verib. Lakin VPN vasitəsilə resursa giriş mümkündür.

10 dəqiqə ərzində sosial şəbəkələri işi bərpa olunsa da, bəzi istifadəçilər nasazlıqdan şikayətlənməyə davam edirlər.

DİGƏR XƏBƏRLƏR

Top