ABŞ-dan İsveçə 3,2 milyard dollarlıq silah satışı

ABŞ Dövlət Departamenti İsveçə ölkənin müdafiə potensialını gücləndirmək üçün “Patriot” modernləşdirilmiş raket əleyhinə komplekslərinin satışı haqqında sazişi qəbul edib.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Müdafiə Əməkdaşlığı Agentliyindən deyiblər.

Sazişin dəyəri 3,2 milyard dollar həcmində qiymətləndirilir.

İsveç hökuməti daha əvvəl 4 ədəd raket əleyhinə müdafiə kompleksinin alışı üzrə Vaşinqtona sorğu göndərmişdi.

Qeyd edilir ki, bu sazişi ində ABŞ Konqresi qəbul etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top