Rusiya Olimpiada tarixində körlinqdə qazandığı ilk medallardan məhrum edildi

İdman Arbitraj Məhkəməsi (İAM) rusiyalı körlinqçi Aleksandr Kruşelnitskini Beynəlxalq Olimpiya Komitəsinin (BOK) antidopinq qaydalarını pozmaqda təqsirkar bilib.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə A. Kruşelnitskinin nəticələri etibarsız sayılıb.

İdmançı Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qazandığı bürünc medalı, diplom və mükafatları geri qaytarmalıdır.

Olimpiadada toplanmış xallar ləğv edilib.

Bundan başqa, Rusiyanın dabl-mikst üzrə komandasının Olimpiadadakı nailiyyətləri silinib, buna görə də körlinqçi Anastasiya Brızqalova da medalı qaytarmalıdır.

A. Kruşelnitski və A. Brızqalova fevralın 13-də dabl-mikstdə bürünc medal qazanmışdılar, bu, tarixdə Rusiya üçün körlinqdə ilk olimpiya medalı idi.

DİGƏR XƏBƏRLƏR

Top