İntihar edən keçmiş polislər - SİYAHI

Son illər Azərbaycanda intiharlarla bağlı xəbərlərin artması hər kəsi narahat edir. İntihar edənlər arasında gənclər də var, yaşlılar da. Reallıq budur ki, şəhərlərdə olduğu kimi ucqar bölgələrdə də intihar edənlər var. Dünən isə Ağdam rayonunda keçmiş polis əməkdaşı intihar edib. Qəribədir ki, saytlar bu mövzuda xəbər hazırlayanda intihar edən şəxsin keçmiş polis əməkdaşı olmasını başlığa çıxarırlar. Ola bilsin bu insanların diqqətini çəkmək məqsədi daşıyır. "Keçmiş polis əməkdaşı intihar edib" yazıb internetdə axtarış verəndə xeyli sayda xəbərlər çıxır.

Yeniavaz.com saytı onlardan bəzilərini təqdim edir.

Dünən Ağdamda keçmiş polis intihar edib. Rayonun Çəmənli kəndində 1960-cı il təvəllüdlü Məmmədov Yaşar Firudin oğlu yaşadığı evdə özünü iplə asaraq öldürüb. Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başlanıb.

Bir müddət öncə Bakıda təqaüddə olan polis işçisi intihar etmişdi. Hadisə Sulutəpə qəsəbəsində qeydə alınmışdı. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. M. Əliyev təqaüddə olan polis işçisi idi. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.

Daha bir belə intihar Xırdalan şəhəri, Heydər Əliyev prospekti ev 1, mənzil 277 də qeydə alınıb.

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Rauf oğlu Novruzov yaşadığı evin çilçırağından özünü asaraq intihar edib. Prokurorluqdan bildirilib ki, R. Novruzov Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri işləyib.

Şabran şəhər sakini, 1979-cu il təvəllüdlü Cəbiyev Vüsal Bahadur oğlu isə özünü yaşadığı evin həyətində asıb. İki uşaq atası olan C. Cəbiyev Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının serjantı olub.

Şəkidə də polis əməkdaşı intihar edib. Axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Daha bir intihar faktı Bakı şəhəri, 7-ci mikrorayon, S. Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binada qeydə alınıb. Binanın sakini Ramiz Quliyev özünü binadan ataraq intihar edib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində işləyib. O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu, psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub.

Növbəti intihar Sulutəpə qəsəbəsində olub. 50 yaşlı Həbib Mirzəyev sabiq polis əməkdaşı olub.

O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb. Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb.

Bir neçə il öncə isə Ağsu rayonunda yol polisi əməkdaşı Asim Baxşıyev polis şöbəsinin qarşısında xidməti maşında tabel tapançası ilə atəş açaraq özünü öldürüb.

Ağsu Rayon Poliş Şöbəsinin Dövlət Yol Polis Bölməsinin (RPŞ-nin DYPB) Yol Patrul Xidməti (YPX) inspektoru, polis serjantı 1985-ci il təvəllüdlü Asim Baxşiyev sağ gicgah nayihəsindən aldığı güllə yarası ilə xidməti avtomobildə keçinib.

Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib. Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində aparılıb, müayinə olunaraq aiddiyyəti üzrə təhvil verilib. İntihar etmiş şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb.

Ağcabədi şəhərinin Muxtarov küçəsi 65 ünvanında yaşayan 1953-cü il təvəllüdlü Quliyev Şükür Düşəri oğlu isə ailə üzvlərinin gözü qarşısında sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya gətirilən 60 yaşlı kişi axşam saatlarında ölüb. İntihar etmiş Ş. Quliyev ehtiyatda olan polis mayoru olub. O uzun illər polis sistemində çalışıb və növbətçi hissə rəisi olub. Məlumata görə, o polis sistemindən təqaüdə çıxdıqdan sonra qohum-əqrəbadan xeyli miqdarda pul borc alıb. Ş. Quliyev daha sonra topladığı pulu faizlə başqa birisinə borc verib. Lakin onun borc verdiyi şəxs ölkədən qaçıb, Ş. Quliyev isə pis vəziyyətə düşüb. Nəhayət qohum-əqrəbanın borcunu qaytara bilməyən ehtiyatda olan polis zabiti özünü yaxınlarının gözü önündə öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top