Baş epidemioloq: "Azərbaycanda xəstəxanadaxili infeksiyalar epidemioloji həddi aşmayıb"

"Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda səhiyyənin aktual problemlərindən biri olaraq qalır. Bunu da çalışırıq ki, ləğv edək". Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, Azərbaycanda həmin infeksiyalar epidemioloji həddi aşmayıb: "Ona görə də bu gün ölkədə ən böyük xəstəxanalarda belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Çünki xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır". Baş epidemioloqu onu da xatırladıb ki, insanlar arasında kəskin respirator virus infeksiyaları hər zaman müşahidə olunur: "Bəziləri buna müxtəlif adlar qoyur. Hər kəs bir faktı dəqiq bilməlidir ki, infeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Önəmli olan budur ki, həmin infeksiyalar bu gün üçün epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnəndə müvafiq tibb müəssisələrinə müraciət edərək həkim müayinəsindən keçəndən sonra düzgün şəkildə müalicə almalıdırlar". Report

DİGƏR XƏBƏRLƏR

Top