Keçmiş məktəb direktoru 6 il azadlıqdan məhrum edilib - Ermənistanda

Ermənistanın Ararat vilayətinin Sis kənd məktəbinin keçmiş direktoru Sarqis Sarkisyan dövlət əmlakını mənimsədiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Ermənistan KİV xəbər verir ki, qərarı Ararat vilayət Məhkəməsi qəbul edib. İttihama əsasən, S.Sarkisyan məktəb direktoru olduğu müddətdə saxta sənədlər əsasında dələduzluq edərək, 8 min 331 dollar (4 milyon dram) vəsaiti mənimsəyib. O, bir neçə nəfəri məktəbin işçisi kimi qeydiyyata alaraq, onlara yazdığı əmək haqqını mənimsəyib. Məhkəmə keçmiş direktorun dövlətə vurduğu ziyanı ödəməsi barədə də qərar çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top