Goranboy sakini yeni qurğu hazırlayıb - FOTO

Goranboyun Aşağı Ballıqaya kənd sakini Alim Həmzəyev uzun illərdir mal-qara üçün ot yemi üyüdüb hazırlamaq üçün uzaq məsafələr qət etdiyini deyir. Belə çətinliklədən qurtulmaq üçün kənd sakini maraqlı qurğu hazırlayıb. O, 10 gün vaxt, 400 manat pul və bir də beyninin məhsulu ilə mini dəyirman ərsəyə gətirib. Alim Həmzəyev istifadəsiz dəmir parçaları, 4 kilovat gücə malik mator, 6 kəsici bıçaq, 12 ucluqla mini dəyirmanı işə salmağı bacarıb. 1 dəqiqədə 36 min bıçaq vuran qurğu arpa, buğda, qarğıdalı, ot üyütmək gücünə malikdir.

Alim Həmzəyev müxtəlif ölçülü gözlüklər hazırlayaraq qurğunun iş prosesini tənzimləyib.

O, Yeniavaz.com saytına bildirib ki, kənddə sakinlər daha çox heyvandarlıqla məşğul olduğundan yeni ixtiraya maraq böyükdür. Onlar uzaq məsafə qət etmədən, heç bir itki olmadan ot, buğda, arpa və digər kənd təsərrüfatı bitkilərini burada istəklərinə uyğun üyüdə biləcəklərini düşünürlər.

Qeyd edək ki, daşına biləcək qurğunun təhlükəsizliyi də nəzərə alınıb: "Şaxı uzun olan bitkilər üçün qurğuda xüsusi yer hazırlamışam. 1 saata 200 kiloqram arpa, 20 bağlama ot üyüdən qurğu alınacaq məhsula uyğun iş qabiliyyətinə malikdir. Yaxın vaxtlarda qurğu tamamilə sakinlərin ixtiyarında olacaq.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top