Lift qırıldı, 3 nəfər ağır xəsarət aldı - Sumqayıtda - FOTO

Sumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. Hadisə şəhərin 47-ci məhəlləsində baş verib. Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar. Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top