Rusiya XİN: Suriyada toqquşmada Rusiya və MDB ölkələrindən ölən vətəndaşlar var

Suriyada bu yaxınlarda baş vermiş toqquşmada Rusiya və MDB ölkələrinin onlarla vətəndaşı xəsarət alıb, ölənlər var, lakin onlar rusiyalı hərbçilər deyillər. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) deyiblər. XİN-dən bildiriblər ki, baş vermiş toqquşmada Rusiya hərbçiləri iştirak etməyiblər və ştat texniki vasitələrdən istifadə edilməyib: “Rusiya və MDB ölkələrindən ölən vətəndaşlar var, bu barədə artıq danışılıb, yaralılar da var, onların sayı onlarladır. Onların Rusiyaya qayıtması üçün yardım göstərilib, bizə məlumdur ki, onlar müxtəlif tibbi müəssisələrdə müalicə kursu keçirlər”.

DİGƏR XƏBƏRLƏR

Top