Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib. 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb. N.Nəzərov qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib. Faktla bağlı araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top