Rusiyada qətllərin 70 faizindən çoxunu sərxoşlar törədib

Rusiyada qətllərin əksəri sərxoş və ya işsiz vətəndaşlar tərəfindən törədilir. Yeniavaz.com-un "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Ali məhkəməsinin sədri Vyaçeslav Lebedev deyib. Onun sözlərinə görə, 2017-ci ildə ölkədə qətl cinayətinə görə 8,3 min nəfər mühakimə edilib: "Onların 70 faizindən çoxu daimi gəlir mənbəyi olmayan əmək qabiliyyətli vətəndaşdır. Həmçinin, cinayət törədilən an 70 faizindən çoxu sərxoş vəziyyətdə olub. Bundan başqa qətlə görə həbs olunanların təqribən üçdə biri daha əvvəl mühakimə edilib".

DİGƏR XƏBƏRLƏR

Top