Venesuelada milli kriptovalyutanın satışına başlanılıb

Venesuela hakimiyyəti bu gün milli kriptovalyuta olan petronun satışına rəsmi olaraq başlayıb. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin vitse-prezidenti Tarek el-Ayssami deyib. Onun sözlərinə görə, bu gün tarixə düşəcək: "Venesuela öz ehtiyatları və təbii zənginlikləri ilə təmin edilmiş kriptovalyutasını satışa çıxaran ilk millət oldu. Petro əldə etmək istəyənlər üçün hökumət portalında təlimat dərc olunub". Venesuelada yaşayan fiziki və hüquqi şəxslər, eləcə də xarici vətəndaşlar petro ala bilərlər. Venesuela Prezidenti Nikolas Maduro daha əvvəl bildirmişdi ki, 100 milyon ədəd petro buraxılacaq. Bir petronun qiyməti 60 dollar olacaq.

DİGƏR XƏBƏRLƏR

Top