Ərdoğan: Afrin yaxın günlərdə mühasirəyə alınacaq

Qarşıdakı günlərdə sürətli şəkildə Afrin şəhər mərkəzinin muhasirəyə alınmasına başlanılacaq. Yeniavaz.com-un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bununla da şəhərə və bölgəyə kənardan gələn yardımların qarşısı alınacaq. Türkiyə Prezidenti qeyd edib ki, 32 gündür davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1715 terrorçu zərərsizləşdirilib, 32 türk hərbçisi şəhid olub: "Əməliyyatın yavaş irəlilədiyi görünə bilər, lakin biz ora qarşımıza çıxanı yıxıb dağıtmaq üçün girmədik. Yaşaması mümkün və təhlükəsiz bölgə yaratmaq üçün girmişik".

DİGƏR XƏBƏRLƏR

Top