Hindistan ballistik raketi sınaqdan keçirib

Hindistan hərbçiləri "Aqni-2" ballistik raketini uğurla sınaqdan keçiriblər. Yeniavaz.com-un "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, raket nüvə başlığı daşıya bilir. Ballistik raket, həmçinin 2 min kilometr məsafəni qət etmək iqtidarındadır. Raket Orissa ştatını sahillərindəki Əbdül Kalam adasında yerləşən poliqondan buraxılıb. Hindistanın arsenalında 120 nüvə başlığı olduğu təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top