Moskva polisi azərbaycanlı bloqerin evinə basqın etdi - VİDEO

Tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb. O, “Instagram” hesabında paylaşdığı videoya görə polis şöbəsinə aparılıb.

Belə ki, bankda oğurluq edəcəyi barədə yumoristik video çəkən və həmin görüntüləri sosial media hesabında yayımlayan Hüseynin yaşadığı mənzilə paylaşımdan sonra polislər basqın edib.

Onlar öncə mənzildə axtarış aparıb, daha sonra Hüseyn və dostunu polis şöbəsinə apararaq dindiriblər. Qeyd edək ki, “Instagram”da 4,5 milyon izləyicisi olan video-bloqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur. oxu.az

moskva

DİGƏR XƏBƏRLƏR

Top